- Baxış sayı: 45
- 19 Oktyabr 2026 18:11
- Baxış sayı: 225
- Oktyabr 16, 2026
- 0

“Mançester Siti” klubunun futbolçusu Erlinq Holann İngiltərə premyer liqasında yeni uğura imza atıb.
Allsport.az xəbər verir ki, hücumçu bunu VII turda “İpsviç”ə qalib gəldikləri (3:2) matçda dubl etməklə bacarıb.
Norveçli forvard premyer liqada penaltilər istisna olmaqla, 100 qol həddinə ən tez çatan oyunçu olub.
O, çempionatdakı 139-cu matçında bunu bacarıb. Bu isə turnir tarixindəki ən sürətli göstəricidir.
Xatırladaq ki, “Mançester Siti” hazırda 21 xalla çempionatın lideridir.