Avtomobil qəzasında həlak olub

Avtomobil qəzasında həlak olub

Rusiyanın “Polimer” klubunun futbolçusu Daniil Vinter 24 yaşında avtomobil qəzasında həlak olub.

Allsport.az xəbər verir ki, faciə oktyabrın 15-də axşam saatlarında Troitski yaxınlığında, Çuy traktında baş verib.

Biysk şəhərindən Barnaula qayıdan Daniil Vinterin idarə etdiyi avtomobil sürüşkən yolda idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində başından ağır xəsarət alan futbolçu komanda yoldaşı və dostu Yeqor Parşakovun qucağında dünyasını dəyişib.

Həmin kateqoriyadan