“Çox danışan insanlar var”

“Çox danışan insanlar var”

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik komandaya yönələn tənqidlərə münasibət bildirib.

Allsport.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, mövsümə uğursuz başlanğıca baxmayaraq, futbolçular ona inanırlar:

“Çox danışan insanlar var, istər keçmiş peşəkar futbolçular olsun, istərsə də digərləri. Amma bu, onların burada nələrin baş verdiyini anladıqları demək deyil. Futbolçular mənə tam inanırlar. Kənardan deyilənlər heç də həmişə həqiqəti əks etdirmir. Biz emosional insanlarıq və çox şeyə görə narahatlıq keçiririk. Bəzən kimsə müəyyən məqamda deməməli olduğu sözləri deyə bilər. Lakin bu, bizi burada qurmağa çalışdığımız işdən yayındırmır. Bütün bunlar komandaya təsir etmir. Hazırda yaxşı vəziyyətdəyik və futbolçularımdan çox razıyam”.

“Mançester Yunayted” İngiltərə premyer liqasında keçirdiyi 6 oyunda 6 xal toplayaraq turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar” növbəti oyununu oktyabrın 18-də “Lids”ə qarşı keçirəcəklər.

Çempionlar liqasının ilk oyunlarında “Mançester Yunayted” “Sabah”ı 4:0 hesabı ilə məğlub edib, “Atletiko”ya isə 0:2 hesabı ilə uduzub.

Həmin kateqoriyadan