“Gəncə açıq 2026”ya yekun vurulub

“Gəncə açıq 2026”ya yekun vurulub

“Azərbaycan şahmat turu” çərçivəsində keçirilən “Gəncə açıq 2026” beynəlxalq şahmat festivalına yekun vurulub.

Allsport.az xəbər verir ki, yarışın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunublar.

“A” turnirində 9 turda 6,5 xal toplayan Fərid Orucov birinci yeri tutub. Eyni xala malik İslam Hacıəliyev əlavə göstəricilərə görə ikinci, FİDE təmsilçisi Pavel Şkapenko isə üçüncü yerdə qərarlaşıb.

“B” turnirində 7,5 xalı olan Natiq Mahmud birinci olub. Eyni xala malik Yusif Abasov və Ümid Ələsgərov müvafiq olaraq 2-3-cü yerləri bölüşüblər.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Süleyman Süleymanlı həm rapid, həm də blitsdə qalib adını qazanıb.

“Azərbaycan şahmat turu” çərçivəsində keçiriləcək növbəti yarış oktyabrın 20-26-da təşkil olunacaq “Şirvan açıq” olacaq.

Həmin kateqoriyadan