- Baxış sayı: 4
- 16 Oktyabr 2026 23:44
- Baxış sayı: 99
- Oktyabr 16, 2026
- 0

İspaniya kral futbol federasiyasının apellyasiya komitəsi “Real”ın (Madrid) futbolçusu Vinisius Juniorun 4 oyunluq diskvalifikasiyası ilə bağlı şikayətini rədd edib.
Allsport.az xəbər verir ki, Madrid təmsilçisi məsələ ilə bağlı İdman İnzibati Tribunalına müraciət edəcək.
Xatırladaq ki, Vinisius İspaniya la liqasında “Vilyarreal”a qarşı matçda kanadalı yarımmüdafiəçisi Neytan Salibanın saçından tutduğuna görə meydandan qovulub. Braziliyalı futbolçu İspaniya çempionatında 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Bu səbəbdən o, oktyabrın 18-də “Sevilya”, 1 həftə sonra “Barselona”, noyabrın 1-də “Rasinq” və 7-də “Valensiya” ilə oyunları buraxacaq.