- Baxış sayı: 45
- 19 Oktyabr 2026 18:11
- Baxış sayı: 225
- Oktyabr 16, 2026
- 0

Azərbaycan millisinin futbolçusu Mahir Əmrəlinin çıxış etdiyi “Rakuv” klubu baş məşqçisi Tomaş Kaçmareklə yollarını ayırıb.
Allsport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis sentyabrın əvvəlində bu posta təyinat alıb.
Komanda onun rəhbərliyi altında 2 qələbə və 3 məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, bu, “Rakuv”da cari mövsüm növbəti baş məşqçi istefasıdır. Klub avqustun sonunda David Kroçeklə də yollarını ayırıb.
Komanda Polşa çempionatında 6 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.