Cəzalandırıldı

Cəzalandırıldı

Portuqaliya futbol federasiyası milli komandanın kapitanı Kriştianu Ronaldu barəsində intizam cəzası tətbiq edib.

Allsport.az xəbər verir ki, “Əl-Nəsr”in təcrübəli hücumçusu milli komandanın sonuncu təlim-məşq toplanışını icazəsiz tərk etdiyi üçün 30 gün müddətinə kənarlaşdırılıb və 255 avro məbləğində cərimələnib.

Portuqaliya futbol federasiyasının intizam komitəsinin qərarında Ronladunun intizam qaydalarının 160.1-ci maddəsini qəsdən pozmaqda təqsirli bilindiyi vurğulanıb. Qərar rəsmi olaraq bu gün açıqlansa da, 30 günlük kənarlaşdırma müddətinin futbolçunun Danimarkadakı toplanışı tərk etdiyi gün olan 30 sentyabrdan etibarən qüvvəyə mindiyi bildirilib.

Həmin kateqoriyadan