- Baxış sayı: 34
- 19 Oktyabr 2026 23:55
- Baxış sayı: 229
- Oktyabr 16, 2026
- 0

“Xetafe”nin prezidenti Anxel Torres Serxio Ramosun transferi ilə bağlı danışıqlar apardıqlarını açıqlayıb.
Allsport.az xəbər verir ki, klub rəhbərinin sözlərinə görə, 40 yaşlı müdafiəçi komandanın mümkün transfer hədəfləri sırasındadır:
“Onun qardaşı və agenti mənimlə danışıb. Ramos mümkün transferlər siyahımızdadır. O, komandamıza qoşula bilər. Artıq bir müddətdir ki, bu keçid üzərində işləyirik”.
Bununla belə, prezident baş məşqçi Xose Bordalasın ilk növbədə hücumun cinahlarını gücləndirmək istədiyini vurğulayıb. O, hazırda komandanın sərəncamında altı təcrübəli mərkəz müdafiəçisinin olduğunu qeyd edib.
Serxio Ramosun son klubu Meksikanın “Monterrey” komandası olub. İspaniyalı futbolçu 2026-cı ilin yanvarında klubdan ayrılıb. O, karyerası ərzində “Real Madrid”, “Sevilya” və PSJ-də çıxış edib.