“Vinisius bunu qəsdən etməmişdi”

“Vinisius bunu qəsdən etməmişdi”

“Real”ın kapitanı Federiko Valverde komanda yoldaşı Vinisius Juniorun dörd oyunluq diskvalifikasiyasına münasibət bildirib.

Allsport.az xəbər verir ki, uruqvaylı yarımmüdafiəçi braziliyalı hücumçunun belə cəzaya layiq olmadığını düşünür:

“Vinisius dörd oyunluq diskvalifikasiyaya layiq deyildi. Bu, qəsdən edilməmişdi”.

İspaniya çempionatının VIII turunda “Vilyarreal”la matçda (1:0) Vinisius 72-ci dəqiqədə rəqib yarımmüdafiəçisi Natana qarşı top uğrunda mübarizədən kənarda onun saçından tutduğu üçün meydandan qovulub.

Braziliyalı futbolçu “Sevilya”, “Barselona”, “Valensiya” və “Rasinq”lə oyunları buraxacaq.

Həmin kateqoriyadan