Millimizin bürünc fürsəti

Millimizin bürünc fürsəti

Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq.

Allsport.az xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komanda yarımfinalda Rumıniya millisi ilə qarşılaşıb.

Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan komandası üçüncü yer uğrunda görüşdə Macarıstan millisi ilə üz-üzə gələcək. Macarıstan yığması yarımfinalda Serbiyaya 0:5 hesabı ilə məğlub olub.

Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çex Respublikasını 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Komanda Rumıniya ilə heç-heçə (3:3) edib.

Həmin kateqoriyadan