- Baxış sayı: 4
- 16 Oktyabr 2026 23:44
- Baxış sayı: 99
- Oktyabr 16, 2026
- 0

“Yuventus”un baş məşqçisi Luçano Spaletti Françesko Konseysaunun əvəzlənərkən nümayiş etdirdiyi davranışa münasibət bildirib.
Allsport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi UEFA Avropa Liqasının “Selta” ilə matçında (2:1) 64-cü dəqiqədə əvəzlənərkən ehtiyat oyunçular skamyasına bir neçə dəfə yumruq vurub.
Daha sonra o, məşqçilər korpusunun nümayəndələrindən biri ilə mübahisə edib.
Spaletti futbolçunun davranışını şərh edərkən onun ilk növbədə öz oyunundan narazı qalmalı olduğunu bildirib:
“Özünə qəzəblənməsi onun üçün faydalı olardı. Əks halda, bu məsələni daha sonra müzakirə edəcəyik.
Əgər deməyə sözü varsa, düşünürəm ki, iradlarını özünə yönəltməlidir – göstərdiyi oyuna görə. Üstəlik, o, 70-ci dəqiqədə əvəzləndi, bir neçə gün sonra isə bizi növbəti matç gözləyir.
Əgər həqiqətən belə münasibət göstəribsə – hərçənd məşqçilər korpusum bunun başqa cür olduğunu deyir – qoy nə düşündüyünü izah etsin. Biz məsələni aydınlaşdırmağa çalışacağıq”.