- Baxış sayı: 39
- 19 Oktyabr 2026 11:54
- Baxış sayı: 225
- Oktyabr 16, 2026
- 0

Azərbaycanın daha iki təmsilçisi Las Veqasda keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb.
Allsport.az xəbər verir ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) yarışın bürünc mükafatına sahib çıxıblar.
A.Cəfərli üçüncü yer uğrunda görüşdə italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (10:0) qalib gəlib. X.Karsanov rusiyalı Andrey Bestayevi 8:1 hesabıyla üstələyib.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) bürünc, qadın güləşçilərdən Günay Qurbanova (59 kq) gümüş medal qazanıb.