- Baxış sayı: 26
- 19 Oktyabr 2026 19:23
- Baxış sayı: 225
- Oktyabr 16, 2026
- 0

Gəncə şəhər icra hakimiyyətinin, Azərbaycan voleybol federasiyasının, “Gəncə” voleybol klubunun təşkilatçılığı, “Azerqold” QSC-nin dəstəyi ilə ilk dəfə “Voleybolun nəbzi Gəncədə döyünür!” şüarı altında keçirilən tədbirdə Azərbaycan milli antidopinq agentliyi (AMADA) tərəfindən maarifləndirmə təşkil olunub.
Allsport.az xəbər verir ki, Gəncə şəhər icra hakimiyyətinin inzibati binasının qarşısında 3 mindən artıq iştirakçının qatıldığı festivalda maarifləndirmə proqramı zamanı AMADA-nın təmiz idman guşəsini ziyarət edənlərə antidopinq qayda pozuntuları, idmançıların hüquq və öhdəlikləri, eləcə də 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya antidopinq məcəlləsi və beynəlxalq standartlar haqqında ətraflı məlumat verilib.
Bundan əlavə, dopinq və narkotik maddələrin sağlamlığa və idman karyerasına mənfi təsirləri iştirakçıların diqqətinə çatdırılıb. Ziyarətçilər antidopinq mövzusunda viktorinalarda iştirak edib, qaliblərə xatirə hədiyyələri təqdim olunub.