Məşqçi proqramı yekunlaşıb

Məşqçi proqramı yekunlaşıb

Allsport.az xəbər verir ki, Azərbaycan idman akademiyası (ASA) və “Qarabağ” futbol klubu Akademiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunmuş sertifikat təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikəl və Azərbaycan idman akademiyasının rektoru Fuad Hacıyev çıxış ediblər.

Daha sonra ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva tərəfindən təlim proqramı haqqında təqdimat edilib, Ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədova isə proqramın nəticələri barədə hesabatla çıxış edib. Tədbir çərçivəsində proqramın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonda proqramı uğurla başa vurmuş futbol məşqçilərinə sertifikatlar təqdim edilib.

Proqram “Qarabağ” akademiyası ilə Azərbaycan idman akademiyası arasında əməkdaşlığın və futbol məşqçilərinin peşəkar inkişafına yönəlmiş fəaliyyətin tərkib hissəsidir.

Həmin kateqoriyadan