- Baxış sayı: 67
- 14 Oktyabr 2026 11:48
- Baxış sayı: 99
- Oktyabr 16, 2026
- 0

İtaliyalı velosipedçi Conatan Milan Şanxayda keçirilən trek üzrə dünya çempionatında fərdi yarışda dünya rekordunu yeniləyib.
Allsport.az xəbər verir ki, 26 yaşlı idmançı 4 km məsafəni 3 dəqiqə 58,850 saniyəyə qət edib.
Beləliklə, idmançı 2024-cü ildəki şəxsi göstəricisini (3 dəqiqə 59,153 saniyə) 0,303 saniyə yaxşılaşdırıb.
C.Milan komanda yarışında olimpiya çempionudur. Velosipedçi həmçinin dünya çempionatlarında (2021, 2024) iki qızıl medal qazanıb.