- Baxış sayı: 7
- 16 Oktyabr 2026 23:44
- Baxış sayı: 99
- Oktyabr 16, 2026
- 0

FİFA 2027–2030-cu illərdə futbolun inkişafına ayrılan vəsaiti 6,35 milyard dollara çatdırmağı təklif edib.
Allsport.az xəbər verir ki, təşəbbüs oktyabrın 15-də Sürixdə keçirilən FİFA şurasının iclasında təqdim olunub.
İnvestisiyaların artırılması 2026-cı il dünya çempionatından əldə edilən gəlirlər hesabına formalaşan ehtiyat vəsaitləri hesabına nəzərdə tutulub.
Plana əsasən, 211 milli futbol assosiasiyasının hər biri 25 milyon dollaradək vəsait əldə edə bilər. Əlavə maliyyənin qadın və gənclər futbolunun inkişafına, infrastruktur layihələrinə və uzunmüddətli proqramlara yönəldilməsi də planlaşdırılır.
Proqramın yekun şərtlərinin 2026-cı ilin dekabrında razılaşdırılması nəzərdə tutulub.