“Qələbəyə tam layiq idik”

“Qələbəyə tam layiq idik”

“Lion”un baş məşqçisi Paulo Fonseka UEFA Avropa liqasının liqa mərhələsinin II turunda “Kristal Pelas” üzərində qazandıqları qələbəni (3:2) şərh edib.

Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının xüsusilə ilk hissədəki oyunundan razı qaldığını bildirib:

“Xüsusilə ilk hissədəki oyunumuz çox xoşuma gəldi. Topa sahib olmaqla matçın gedişinə nəzarət edirdik, əla müdafiə olunurduq və “Kristal Pelas”a heç bir qol imkanı yaratmağa imkan vermirdik.

Hesab 2:0 olduqdan sonra futbolçular, təbii ki, üstünlüyü qorumaq barədə daha çox düşünməyə başladılar. Buna baxmayaraq, çox yaxşı hücumlarımız oldu. Düzgün əhval-ruhiyyə ilə oynadıq və məncə, bu qələbəyə tam layiq idik”.

Həmin kateqoriyadan