Region liqasının püşkü atılıb

Region liqasının püşkü atılıb

AFFA region liqasının 2026/2027-ci illər mövsümünün zonalar üzrə Sabirabadda keçirilən püşkatmasında yeni mövsümünün qaydaları təqdim olunub, infrastruktur məsələləri, məşqçi təlimləri və regionlarda kursların təşkili müzakirə edilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda Regional futbol federasiyalarının prezidenti İsgəndər Cavadov, bölgə federasiyalarının nümayəndələri, AFFA-nın texniki direktorunun məsləhətçi-müşaviri Arif Əsədov, məşqçi təlimi üzrə rəhbər Aslan Kərimov, Kütləvi futbol departamentinin futbol layihələri şöbəsinin rəhbəri Fərid Nağdəliyev, Azərbaycan həvəskarlar futbol federasiyasının rəsmisi Rüfət Əmirov, Naxçıvan futbol federasiyasının baş katibi Raqif Abbasov, eləcə də AFFA-nın digər rəsmiləri iştirak ediblər.

2026/2027-ci illər mövsümündə region liqası 8 bölgənin 36 şəhər və rayonunu əhatə edəcək. Yarışda iştirak edəcək 73 komandanın oyunlarının 39 stadionda keçirilməsi nəzərdə tutulub. Bakı zonasının püşkatma mərasimi paytaxtda keçiriləcək. Liqanın oyunlarına noyabrda start veriləcək və mövsüm 2027-ci ilin may ayında başa çatacaq.

Naxçıvan zonası üzrə 8 komanda mübarizə aparacaq. Oyunlar 4 stadionda keçiriləcək. Matçları Naxçıvani təmsil edən 14 hakim idarə edəcək. Zona üzrə ümumilikdə 56 oyun baş tutacaq. Qalib komanda pley-offa vəsiqə qazanacaq. “A” qrupunda “Sədərək”, “Əlincə”, “Babək”, “Xok”, “Arpaçay”, “Altay”, “Ordubad” və “Sirab” klubları yer alıblar.

Həmin kateqoriyadan