- Baxış sayı: 70
- 19 Oktyabr 2026 13:48
- Baxış sayı: 225
- Oktyabr 16, 2026
- 0

Voleybol üzrə Azərbaycan çempionu “Turan” çempionlar liqasında Xorvatiyanın “Mladost-Zaqreb” komandası ilə keçiriləcək qarşılaşmanın hazırlıqlarını yekunlaşdırıb.
Allsport.az xəbər verir ki, Tovuz olimpiya idman kompleksinin arenası Avropa voleybol konfederasiyasının (CEV) standartlarına uyğunlaşdırılıb. Zalda “Terafleks” örtük, yeni işıqlandırma sistemi, mətbuat zonaları quraşdırılıb və tamaşaçı tutumu 1500 nəfərə çatdırılıb.
Heyətində itki olmayan Tovuz təmsilçisinin ödənişsiz payladığı biletlər artıq tükənib. Qarşılaşma öncəsi arena qarşısında konsert proqramı da təşkil olunacaq.
“Turan” – “Mladost-Zaqreb” matçı oktyabrın 20-də saat 19:00-da başlayacaq.