- Baxış sayı: 47
- 16 Oktyabr 2026 21:52
- Baxış sayı: 99
- Oktyabr 16, 2026
- 0

“Çelsi”nin müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib.
Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb.
Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da premyer liqada “Bornmut”la keçirilən matçdan (5:1) əvvəl, məşq zamanı zədələnib.
Cari mövsümdə premyer liqada 4 oyunda iştirak edən futbolçu 1 sarı vərəqə ilə yadda qalıb. “Çelsi” 6 turdan sonra 10 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.