4-cü turun cədvəli

Futzal üzrə yüksək liqanın 4-cü turunun oyun cədvəli açıqlanıb.

Allsport.az xəbər verir ki, oktyabrın 22-də keçiriləcək turun qarşılaşmaları “olimpik star”da təşkil olunacaq.

Tur çərçivəsində “Record club” – “Neftçi”, “Alyans” – U-19, “Baku Fire” – EKOL və Araz-Naxçıvan” – “Xilə” matçları təşkil olunacaq. 
Hesabında 9 xal EKOL və “Araz-Naxçıvan” komandaları turnir cədvəlinin ilk 2 pilləsində yer alıblar. “Record club” və “Baku Fire” 6 xalla 3-4-cü pilləni bölüşürlər. “Neftçi” və “Xilə” komandaları 3 xalla 5-6-cı yerdə qərarlaşıblar. U-19 və “Alyans” klublarının hesabında xal yoxdur.

Həmin kateqoriyadan