Lider büdrədi, “Neftçi” “Qəbələ”yə də qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 16-cı tura yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub.

Öncə Şüvəlanda AzAL “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Avrop Liqasındakı çıxışını başa vuran və uzun müddətdən sonra son turda qələbəyə sevinən “Qəbələ” bu dəfə “Neftçi” ilə üz-üzə gəlib. Bu görüşün də taleyini bir qol həll edib. Amma qələbəni qonaqlar bayram ediblər.

Turun qapanış matçında isə lider və son çempion “Qarabağ” səfərdə cari mövsümün debütantı və əsas sürprizi “Zirə” ilə qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb.

Topaz Premyer Liqası
16-cı tur

13 dekabr (bazar)

AzAL – “Xəzər Lənkəran” – 1:0 (0:0)
Qol: M.Səttarlı, 70 (1:0).
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Nail Nağıyev.
Bakı. AzAL Arena.

AzAL: 16. Stanislav Namaşko, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 5. Kamil Hüseynov, 28. Müşfiq Teymurov, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 9. Aydın Qasımov, 22. Kamal Mirzəyev.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 20. İsmayıl İbrahimli, 15. Rüfət Musayev, 11. Ruslan Nəsirli, 7. Tərlan Xəlilov, 27. Aleksandr Quruli.
Baş məşqçi: Tərlan Əhmədov.
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 16. İbrahim Qədirzadə, 18. Tural Cəlilov, 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 41. Hüseyn Xəlilzadə, 77. Əli Əliyev, 79. Namiq Qocayev.
Baş məşqçi: Yunis Hüseynov.

“Qəbələ” – “Neftçi” – 0:1 (0:1)
Qol: F.J.Rodriqes, 22 (0:1).
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 25. Qismət Alıyev, 44. Rafael Santos, 69. Aleksey Antonov, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 18. Vadim Abdullayev, 20. Rikardinyo, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Neftçi”: 1. Aqil Məmmədov (k), 3. Filyo Jayro Rodriqes, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 26. Kamal Qurbanov, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 18. Kaue da Silva, 14. Məhəmməd Qurbanov.
Ehtiyat oyunçular: 24. Mixal Peskoviç, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 16. Əziz Quliyev, 21. Samir Məsimov, 20. Salas Kinta Antonio, 95. Elvin Bədəlov.
Baş məşqçi: Əsgər Abdullayev.

“Zirə” – “Qarabağ” – 0:0 (0:0)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Kamran Bayramov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.

“Zirə”: 85. Kamal Bayramov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev, 5. Adil Nağıyev, 11. Viktor İqbekoyi, 33. Dieqo Souza, 10. İqor İvanoviç, 27. Rəşad Abdullayev (k), 32. Luis Alberto Diez, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 95. Elməddin Məmmədov, 17. Nicat Qurbanov, 7. Rihayro, 8. Tərzin Cahangirov, 28. Təmkin Xəlilzadə, 6. Hacı Əhmədov, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Migel Madera, 11. Elvin Məmmədov, 19. Azər Salahlı, 29. Raydel Pupon, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 10. Dani Kintana, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 90. Samuel Armenteros, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.

Turun digər oyunları: “Kəpəz” – “Rəvan” – 0:0, “İnter” – “Sumqayıt” – 2:3.

Bombardirlər:
6 qol
– Riçard Almeyda (“Qarabağ”), Ruslan Qurbanov (“Neftçi”), Aleksey Antonov (“Qəbələ”).

Həmin kateqoriyadan