- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“A” seriyasının 23-cü turunda “Roma” və “Kalyari” komandaları üz-üzə gəlib.
Allsport.az xəbər verir ki, görüş romalıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qaliblərin heyətində Paulo Dibala dubla imza atıb. Bununla, onun “A” seriyasındaki qolların sayı 118-ə çatıb. Beləliklə, o, İtaliyada qol vuran argentinalılar arasında Abel Balbonu qabaqladı.
Bu göstəricidə lider Qabriel Batistutadır – 184 qol.