Sabah badmintonçularımız Avropa çempionatında Lüksemburqla qarşılaşacaq

13-18 fevralda Tatarıstan paytaxtı Qazanda badminton üzrə Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 3-cü qrupda qərarlaşan komandamızın rəqibləri Lüksemburq, İslandiya və Almaniya milliləri olacaq. Ukraynalı məşqçi Yevgeni Poçtaryovun rəhbərliyi ilə bizdən heyətdə Kənan Rzayev, Orxan Qələndərov, Səbuhi Hüseynov, Cahid Əlhəsənov, Ezmi Qovimuramadhoni və Edi Rezki Dviçayo yer alıblar.

Çempionatın reqlamentinə əsasən, komandalar 7 qrupda mübarizə aparacaqlar. Qrup qalibləri ilə yanaşı, ən yaxşı qrup ikincisi pley-off mərhələsinə vəsiqə qazanacaq. Komandamız ilk oyununu fevralın 13-də Lüksemburq yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Həmin kateqoriyadan