75-ci oyunda 35-ci qol

“Neftçi”nin fransalı futbolçusu Baqali Dabo cari mövsümdə qol hesabını açıb. Allsport.az saytı xəbər verir ki, meydana çıxdığı öncəki 5 oyunda rəqib qapısına yol tapa bilməyən hücumçu “Zirə” ilə 8-ci turun ev görüşündə (3:0) fərqlənib.

Bu onun üçün yubiley qolu olub. O, premyer liqada 35-ci dəfə topu rəqib qapısından keçirib. Bunlardan 15-i “Neftçi”nin heyətində vurulub. İlk dəfə 2016/17 mövsümündə fərqlənən fransalı digər 20 qolunu “Qəbələ”nin heyətində vurub.

“Zirə” ilə görüş həm də Baqalinin həm də 75-ci matçı olub. O, “Qəbələ”də 43, “Neftçi”də 32 oyun keçirib. Qeyd edək ki, Dabo Azərbaycan çempionatları tarixinin bombardirləri siyahısında 71-73-cü yerlərə şərikdi. O, Viktor Kulikov və Sahib Əliyevlə eyni sayda fərqlənib.

Həmin kateqoriyadan