BOK-dan yeni vəzifə

BOK-dan yeni vəzifə

Altıqat olimpiya çempionu Martin Furkade 2028-ci il yeniyetmələrin qış olimpiya oyunlarının koordinasiya komissiyasının sədri təyin olunub.

Allsport.az xəbər verir ki, beynəlxalq olimpiya komitəsinin üzvü Kristin Kloster sədr müavini olacaq.

Komissiyaya həmçinin beynəlxalq konkisürmə ittifaqının (İSU) rəhbəri Kim Çje Yol və Kanada olimpiya komitəsinin prezidenti Trişa Smit daxil edilib.

Yeniyetmələrin qış olimpiya oyunları 2028-ci ilin yanvarında İtaliya Alplarında – Valtellina, Trentino və Kortina-dampeçço bölgələrində keçiriləcək.

Yarışlarda “Milan-2026” qış olimpiya oyunlarının infrastrukturundan da geniş istifadə olunacaq. Biatlon yarışlarına isə Valdidendro ev sahibliyi edəcək.

Həmin kateqoriyadan