- Baxış sayı: 45
- 19 Noyabr 2026 23:51
- Baxış sayı: 436
- Noyabr 09, 2026
- 0

Əsaslı yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi futbol matçı keçirilib.
Allsport.az xəbər verir ki, I liqanın VIII turunda “Xankəndi” doğma meydanda “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçı gənclər və idman naziri Fərid Qayıbov, Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, peşəkar futbol liqasının prezidenti Elxan Səmədov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də futbol və idman ictimaiyyətinin nümayəndələri tribunadan izləyiblər.