- Baxış sayı: 44
- 19 Noyabr 2026 23:51
- Baxış sayı: 436
- Noyabr 09, 2026
- 0

Argentina millisinin qapıçısı Emiliano Martines yığmanın oyunlarına azarkeş marağının azalmasından narazılığını bildirib.
Allsport.az xəbər verir ki, “Çelsi”nin qolkiperı Lionel Messinin millidən ayrılmasından sonra tribunaların boş qalmasına diqqət çəkib və Argentina futbol assosiasiyasını biletlərin qiymətini aşağı salmağa çağırıb:
“Daha dolu tribunalar qarşısında oynamaq istərdim. Azarkeşlərin komandaya sevgisini qaytarmalıyıq. Messinin artıq bizimlə olmadığını anlayırıq. Lakin bu, Argentina millisidir və azarkeşlərin dəstəyinə ehtiyacımız var. Bunun üçün həm biz, həm məşqçilər korpusu, həm də rəhbərlik məsuliyyət daşıyır. Biletlərin qiymətini bir qədər azaltmalı və stadionları doldurmalıyıq. Buna həqiqətən ehtiyacımız var”.