“Ordu” növbəti mərhələdə

“Ordu” növbəti mərhələdə

Kişi voleybolçulardan ibarət “Ordu” komandası CEV Çelenc kubokunun 1/16 finalına yüksəlib.

Allsport.az xəbər verir ki, təmsilçimiz 1/32 finalın cavab görüşündə Norveçin “Forde VBK” klubunu 3:0 (25:18, 25:18, 25:18) hesabı ilə məğlub edib.

Norveçdə keçirilən ilk oyunda da eyni hesabla qalib gələn “Ordu” iki matçda rəqibinə set vermədən mərhələ adlayıb.

Komanda növbəti mərhələdə Niderlandın “Simplex SSS Barneveld” klubu ilə qarşılaşacaq.

Həmin kateqoriyadan