- Baxış sayı: 44
- 19 Noyabr 2026 23:51
- Baxış sayı: 436
- Noyabr 09, 2026
- 0

Andorranın “İnter deskaldes” klubu “Barselona”nın keçmiş kapitanı Karles Puyolun idman rəhbərliyinə qatıldığını elan edib.
Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis beynəlxalq əlaqələr və futbol direktoru postunu tutacaq və işə cümə günündən başlayacaq.
Onun əsas vəzifəsi klubun beynəlxalq nüfuzunu artırmaq, həmçinin komandanın meydandakı və meydandankənar inkişafına dəstək verməkdir.
Uzun müddətdir Andorrada yaşayan Puyol komandanın baş məşqçisi Felip Ortizlə yaxın dostdur.
Xatırladaq ki, “İnter deskaldes” cari mövsüm UEFA konfrans liqasının əsas mərhələsinə yüksəlməklə Andorra futbolunda ilkə imza atıb.