- Baxış sayı: 44
- 19 Noyabr 2026 23:51
- Baxış sayı: 436
- Noyabr 09, 2026
- 0

Braziliyalı keçmiş futbolçu Dani Alveşin klubu “Sao Xoao de Ver”də böhran yaşanır.
Allsport.az xəbər verir ki, Portuqaliyanın III liqasında mübarizə aparan komandanın futbolçularının maaşları iki aydır, verilmir.
Məvaciblərini ala bilməyən oyunçular ötən həftə məşqə çıxmayıb.
Alveşin yaxın zamanda məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.
“Sao Xoao de Ver” çempionatda 9 turdan sonra 9 xalla 10 komanda arasında 9-cudur.