“Fluminense”də qala bilər

“Fluminense”də qala bilər

“Fluminense”nin müdafiəçisi Tiaqo Silva klubla müqaviləsini uzada bilər.

Allsport.az xəbər verir ki, təcrübəli futbolçu gələcəyi ilə bağlı klubla danışıqlar apardığını bildirib:

“Bu məsələni müzakirə edirik. Ailəmdən uzaqda olmağım da nəzərə alınmalı məqamlardandır. Danışıqlar davam edir. Bəlkə də yaxın günlərdə “Fluminense” ilə müzakirələrdən sonra bir növ yeni il hədiyyəsi alacağıq.

Hələ düşünməli olduğum məqamlar var. Sakitliyimi qoruyuram. Hazırda əsas diqqətimizi vacib oyunlara yönəltməli və istədiyimiz nəticəni qazanmalıyıq. Gələcəyimlə bağlı qərarı isə zamanı gələndə açıqlayacağam”.

42 yaşlı braziliyalının hazırkı sözləşməsi 2026-cı ilin sonunadək qüvvədədir.

Həmin kateqoriyadan