8 oyunluq zolaq qırıldı

“Lion” futbolçuları Fransa çempionatının 20-ci turunun final matçında “Marsel”i məğlub edib.

Allsport.az xəbər verir ki, Lionda keçirilən oyun 1:0 hesabı ilə Fabio Qrossonun komandasının xeyrinə başa çatıb. Yeganə qolu 37-ci dəqiqədə Aleksandr Lyakazet vurub.

Beləliklə, “Marsel” 8 matç davam edən çempionatda məğlubiyyətsiz zolağını davam etdirə bilməyib.
“Lion” 19-cu xalını toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Marsel” isə 29 xalla 8-ci pillədədir.

Həmin kateqoriyadan