90 oyunda 117 legionçu

Azərbaycan premyer liqasının ilk yarısında iştirak edən legionçusu futbolçuları sayı məlum olub.

Allsport.az xəbər verir ki, ilk 2 dövrənin 18 turunda baş tutan 90 oyunda 117 əcnəbi statuslu futbolçu meydana çıxıb.

Milliləşənlərin nəzərə alınmadığı siyahıya “Qarabağ” başçılıq edir. Son çempion və hazırkı liderin heyətində 15 legioner meydana çıxıb.

İkinci sırada “Sabah” qərarlaşıb. Bakı klubunda 14 əcnəbi şans qazanıb.

Paytaxtın iki klubu – “Neftçi” və “Zirə”də bu rəqəm 13-ə bərabərdir. Ümumiyyətlə, 10 klubdan doqquzunda legioner sayı 10 və ya daha çox olub. Yalnız “Səbail” 18 turda 9 xarici futbolçuya güvənib.

1. “Qarabağ” – 15
2. “Sabah” – 14
3-4. “Neftçi” – 13
“Zirə” – 13
5-7. “Araz-Naxçıvan” – 11
“Qəbələ” – 11
“Turan-Tovuz” – 11
8-9. “Kəpəz” – 10
“Sumqayıt” – 10
10. “Səbail” – 9

Həmin kateqoriyadan