AAAF park Astarada atçılıq yarışı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 7-ci “Zirvə” beynəlxalq uşaq oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, bu dəfə rəqabət Xırdalanda deyil, Astarada olub.

AAAF parkın ərazisində məxsus atçılıq mərkəzində gözəl Qarabağ və ərəb atlarının izləmək üçün tribunalara toplaşan tamaşaçılar gördüklərindən razı qalıblar. Çaparlar həm sürət, həm də duruşları ilə alqışlara səbəb olan atlarla əvvəlcə cıdırı dövrə vurublar, baxımlı hərəkətlərlə yadda qalıblar. Astara bulvarı boyu salınmış möhtəşəm AAAF parkda qurulan bu cıdır həqiqətən də gözəl məkan kimi göz oxşayıb.

Sonra yarışa start verilib. Finalda çaparlar finiş xəttinə ən tez çatan, ən sürətli atı müəyyən etməli idilər. İzləyicilər gözlənildiyi kimi, son metrlərə qədər maraqlı mübarizəyə şahid olublar. Sonda Orxanbəy Hacıyev bütün rəqiblərini qabaqlayaraq qalib adını qazanıb. Gümüş Tural Abdullayevə, bürünc medallar Sadiq Cəfərli və Orxan Əsgərzadə qismət olub. Mükafat qazanan çaparlara medal, diplom və xatirə hədiyyələri təqdim olundu.

Həmin kateqoriyadan