- Baxış sayı: 43
- 01 Noyabr 2026 23:58
- Baxış sayı: 254
- Oktyabr 25, 2026
- 0

Azərbaycan komandası Dəkərdə keçirilən yeniyetmələrin IV yay olimpiya oyunlarında ilk qızıl medalına sahib çıxıb.
Allsport.az xəbər verir ki, buna cüdoçu İbrahim Talıbov nail olub.
55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda xorvatiyalı Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına Dəkər-2026-da ilk qızıl medalı qazandırıb.
1/4 final mərhələsindən mübarizəyə qoşulan Talıbov ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı məğlub edib.
Noyabrın 13-dək davam edəcək yarışda Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunur.