- Baxış sayı: 120
- 13 Oktyabr 2026 21:06
- Baxış sayı: 100
- Oktyabr 16, 2026
- 0

Milli paralimpiya komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti qurumun rəhbərliyi ilə birlikdə Fəxri xiyabanını ziyarət edib.
Allsport.az xəbər verir ki, ziyarət zamanı ümummilli öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə çiçəklər düzüb.