MOK-un nümayəndələri XIV beynəlxalq idman forumunda

MOK-un nümayəndələri XIV beynəlxalq idman forumunda

Rusiya federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya – idman dövlətidir” beynəlxalq idman forumu öz işini davam etdirir. 

Allsport.az xəbər verir ki, forumda ölkəmizi milli olimpiya komitəsinin (MOK) idman idarəsinin müdiri Həsənağa Rzayev və atletlər komissiyasının üzvü, üzgüçülük üzrə Rio-2016 yay olimpiya oyunlarının iştirakçısı Fatimə Alkərəmova təmsil edirlər.

Forum çərçivəsində milli olimpiya komitələrinin atletlər komissiyalarının nümayəndələri üçün “MOK atletlər komissiyası: iştirakdan idarəetməyə doğru” mövzusunda xüsusi sessiya təşkil olunub. Sessiyada 7 ölkədən (Azərbaycan, Rusiya, Belarus, Kamboca, Laos, Qırğızıstan, Tacikistan) 20 nümayəndə və 7 spiker iştirak edir.

Sessiyanın əsas məqsədi müxtəlif ölkələrin atletlər komissiyalarının nümayəndələrini bir araya gətirmək, təcrübə mübadiləsi aparmaq, komissiyaların milli olimpiya komitələrinin idarəetmə sistemindəki rolunu müzakirə etmək və gələcək əməkdaşlıq imkanlarını araşdırmaqdır. Görüşdə idmançıların maraqlarının təmsil olunması, qərarların qəbulu prosesində real iştirakı, eləcə də idmançıların rifahı, təhsili, liderlik bacarıqlarının inkişafı və karyeradan sonrakı dəstək proqramları ətrafında geniş fikir mübadiləsi aparılacaq.

XIV beynəlxalq idman forumu çərçivəsində, həmçinin idman sənayesinin yeni texnologiyalarının sərgisi, ustad dərsləri və müxtəlif idman-kütləvi tədbirlər təşkil olunacaq.

Forum oktyabrın 23-dək davam edəcək.

Həmin kateqoriyadan