ABF 6-aylıq hesabatı təqdim etdi

Bu gün Azərbaycan badminton federasiyasının son 6 ayda görülən işlərlə bağlı hesabat xarakterli konfransı keçirildi. Allsport.az saytı xəbər verir ki, baş katib Ramil Hacıyev media nümayəndələri ilə görüşdə son 6 ay ərzində görülən işlərlə bağlı məlumat verərək badmintonun ölkəmizdə inkişafı və kütləviliyi istiqamətində tədbirlər planını əks etdirən geniş təqdimatla çıxış etdi.

Qısa müddət ərzində iki badminton zalının istifadəyə verildiyini bildirən federasiya rəsmisi, badmintonun kütləviliyi istiqamətində həyata keçirilən “Suhttle Time” proqramının və açıq havada təşkil olunan “Airbadminton challenge” mater-klasslarının bu idman növünün ölkəmizdə geniş yayılmasına təkan verəcəyini dedi. Bundan əlavə, həvəskarlar arasında mütəmadi badminton turnirlərinin keçirilməsi, gələcəkdə liqanın yaradılması da gündəmdə olan məsələlərdəndir.

ABF-nin baş katibi parabadmintonun ölkəmizdə inkişafı istiqamətində də işlər görüldüyünü və bu sahədə DOST mərkəzi sıx əməkdaşlıq edildiyini söyləyib. Ramil Hacıyev 2023-cü ildə Avropa badminton konfederasiyasının Bakıda keçiriləcək konqresini ölkə badmintonu üçün tarixi hadisə adlandırdı.

Həmin kateqoriyadan