- Baxış sayı: 51
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Beşikdaş” yeni transferini açıqlayıb.
Allsport.az xəbər verir ki, “qartallar” “Roma”nın hücumçusu Tommi Abrahamı icarəyə götürüb.
İngiltərə millisinin keçmiş hücumçusu gələn ilin yayına qədər İstanbul təmsilçisində çıxış edəcək. “Beşikdaş”ın Tommini tam transfer etmək hüququ var.
Abraham son mövsümü icarə əsasında “Milan”da keçirib. O, meydana çıxdığı 44 oyunda 10 qol müəllifi olub.