- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

AFFA-nın intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan premyer liqasının VII turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.
“Sumqayıt” – “Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusunun aldğı sarı vərəqəyə görə klub 800 manat cərimə olunub. “Neftçi” – “Səbail” oyununda isə hər iki komandanın 4 futbolçusunun sarı vərəqə alması klublara 800 manata başa gəlib.
“Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində qonaqların futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.