AFFA həmkarlar ittifaqının Masallıda da qolu yarandı

AFFA həmkarlar ittifaqı bölgələrə səfərini davam etdirir.

Allsport.az saytı xəbər verir ki, bir neçə gün əvvəl təşkilatın sədri Nazim Süleymanov və qurumun üzvləri – Samir Ələkbərovla Asəf Namazov Masallıda futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Süleymanov təşkilatın fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Futbolumuzun durumu ilə bağlı müzakirə aparılıb, Masallı futbol ictimaiyyətinin təklifləri dinlənilib.

Masallı futbol ictimaiyyəti bu qurumun yaradılmasını dəstəklədiklərini bildiriblər və qurumun aktiv fəaliyyət göstərməsi üçün hər cür yardım göstərəcəklərini qeyd ediblər.

Sonra AFFA həmkarlar ittifaqının yerli təşkilatının təsis iclası keçirilib. Beləliklə, Masallıda yerli təşkilatı təsis olunub. Balayar İbayev təşkilata sədr seçilib.

Həmin kateqoriyadan