AFFA “Sumqayıt”ın prezidenti və baş məşqçisinə ciddi xəbərdarlıq etdi

AFFA “Sumqayıt”ın prezidenti və baş məşqçisinə ciddi xəbərdarlıq etdi

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra premyer liqanın 2-ci turu ilə bağlı qərarlar qəbul olunub:

“Sabah” – “Keşlə” matçının 74-cü dəqiqəsində qonaq futbolçu Sezar Meza Kolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün, 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Zirə” – “Neftçi” matçının 80-ci dəqiqəsində meydan sahiblərinin məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimələnib.

“Sumqayıt” – “Səbail” matçı başa çatdıqdan sonra “kimyaçılar”ın prezidenti Riad Rəfiyev və baş məşqçi Ayxan Abbasov oyunun hakiminin qərəzli idarə etməsi haqqında fikirlər bildiriblər. İntizam komitəsi hər 2 şəxsə ciddi xəbərdarlıq edir. Bu hal təkrar olunarsa, sözügedən şəxslər intizam məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqlar.

Həmin kateqoriyadan