AFFA təhqiramiz ifadələr işlədən məşqçiləri cəzalandırıb

AFFA-nın intizam komitəsi Azərbaycan çempionatının oyunlarında baş verən xoşagəlməz hadisələrlə bağlı qərarlarını açıqlayıb.

Allsport.az xəbər verir ki, yaşananların günahkarları qurum tərəfindən cəzalandırılıb.

U-15 liqasının “Qarabağ” – “İsgəndər Cavadov BFA” matçın qonaqların baş məşqçisi Elşən Ələskərov hakimi təhqir etdiyinə görə 5 oyun cəza alıb. Paytaxt təmsilçisi meydanı özbaşına tərk etdiyinə görə kluba texniki məğlubiyyət verilib, lakin hesab olduğu kimi (1:7) saxlanılıb.

U-14 liqasının UGİM (Ağdam) – UGİM (Beylaqan) matçında da eyni hal təkrarlanıb. Burada Beyləqan futbolçuları 65-ci dəqiqədə meydanı tərk etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyət alıblar.

“Bahar Gİİ” (Beylaqan) – UGİM (Ağcabədi) matçında komandaların baş məşqçiləri müvafiq olaraq Xudaverdi Tumasov və Namiq Quliyev bir-birilərinə təhqiramiz ifadələr işlədiblər. Hər iki məşqçi 3 oyunluq diskvalifikasiya olunub.
 
U-13 liqasının “Keşlə” – “Zirə” oyununda meydan sahiblərinin baş məşqçisi Xəyyam Bəkirov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəza alıb.

U-17 liqasının “İsgəndər Cavadov BFA” – “Qarabağ” görüşünün 77-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Əmrah İbadov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun diskvalifikasiya edilib.

U-13 qızlar liqasının, “Zaqatala” – “Balakən” qarşılaşmasında meydanı tərk etdiyinə görə birincilərə 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni liqanın “8 №-li RİOEUGİM”ə qarşı oyununda “Fidan”ın məşqçisi Yavər Rəhimov rəqib komandanın futbolçusunu təhqir etdiyinə görə 3 oyun cəzalanıb.

Həmin kateqoriyadan