- Baxış sayı: 50
- 22 İyun 2026 04:04
- Baxış sayı: 35
- İyun 22, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, iyulun 8-də qardaş ölkəyə yollanan “Neftçi”, ayın 9-dan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə 2 dəfə məşqə çıxır. Səhər hazırlığında fiziki, axşam məşqində isə əsasən toplu çalışmalar yerinə yetirilir.
Toplanış çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdıran “ağ-qaralar”ın ilk sınaq matçı iyulun 13-də superliqa təmsilçisi “Alanyaspor”a qarşı olacaq. Növbəti yoxlama görüşü isə iyulun 17-də keçiriləcək. Rəqib digər superliqa klubu “Sivasspor” olacaq.