- Baxış sayı: 31
- 22 Sentyabr 2026 18:51
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

“Neftçi”nin qış təlim-məşq toplanışındakı ilk rəqibi müəyyənləşib.
Allsport.az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki Belek bölgəsində hazırlaşacaq komanda yanvarın 4-dən 14-dək “Gloria Sport Arena”da məskunlaşacaq.
Paytaxt təmsilçisi ilk yoxlama görüşünü yanvarın 6-da Türkiyə 1-ci liqa təmsilçisi “Ərzurumspor” komandasına qarşı keçirəcək. Yanvarın 13-nə nəzərdə tutulan digər yoldaşlıq görüşündə isə rəqibin adı dəqiqləşməyib.