- Baxış sayı: 24
- 09 Noyabr 2026 22:53
- Baxış sayı: 195
- Noyabr 09, 2026
- 0

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” və “Qarabağ” klubları öz aralarında yoxlama oyunu keçirəcək.
Allsport.az xəbər verir ki, sözügedən komandalar oktyabrın 12-də üz-üzə gələcək. “Azersun Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.