- Baxış sayı: 6
- 08 Noyabr 2026 20:55
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Gənclər və idman nazirliyinin təşkilatçılığı ilə bu gün “Qarabağ” klubu öz adını daşıdığı məkana səfər edib, bir neçə şəhərdə olub.
Allsport.az saytı xəbər verir ki, onların arasında Ağdam da olub. Qonaqlar “İmarət” stadionunun tikintisi ilə maraqlanıblar, “Cümə” məscidini ziyarət ediblər.
Baş məşqçi Qurban Qurbanov və futbolçular dini məkanda namaz qılıblar.