Alabanı kim əvəz edəcək?

“Real”, “Əl-Nəsr”in və İspaniya millisinin müdafiəçisi Aymerik Laportu transfer etməyə yaxındır.

Allsport.az xəbər verir ki, Madrid klubu futbolçunu zədəli David Alabaya əvəzləyici kimi nəzərdə tutub. Laport mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək. “Əl-Nəsr” futbolçunu buraxmaq istəməsə də, “Real”ın əzmkarlığı və ispaniyalının özünün istəyi öz işini görüb. Hazırda müqavilənin yekun detalları razılaşdırılır və 2024-cü ilin əvvəlində yekunlaşacaq.

Laport 2023-cü ilin yayında “Mançester Siti”dən “Əl-Nəsr”a keçib. Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm mərkəz müdafiəçisi bütün yarışlarda 20 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib və sarı vərəqə alıb. “Transfermarkt” portalı 29 yaşlı ispaniyalıya 25 milyon avro qiymət qoyub.

Həmin kateqoriyadan