- Baxış sayı: 36
- 18 İyul 2025 22:16
- Baxış sayı: 200
- İyul 17, 2025
- 0
“Araz-Naxçıvan” daha bir futbolçunun transferini reallaşdırıb.
Allsport.az xəbər verir ki, Patrik Andrade ilə “1+1 il” şərti ilə müqavilə imzalanıb.
Kabo-Verde millisinin də üzvü olan 32 yaşlı yarımmüdafiəçi Azərbaycanda daha çox “Qarabağ”dakı çıxışı ilə tanınıb. O, müxtəlif illərdə ölkəsinin “Sportinq da Praya”, “Desportivu da Praya”, “Benfika da Praya”, Portuqaliyanın “Ribeyran”, “Juane”, “Moreypense”, “Famalikan”, “Salqeyruş”, Bolqarıstanın “Çerno More”, Serbiyanın “Partizan” klublarında çıxış edib. O, ötən mövsümü “Qarabağ”ın heyətində keçirib.
Futbolçu 2020-ci ildən Kabo-Verde millisində 20 oyun keçirib.